...

Microsoft 2022-ci ildə Internet Explorer brauzerinin dəstəklənməsini dayandıracaq

Dünya xəbərləri Materials 20 May 2021 00:17 (UTC +04:00)
Microsoft 2022-ci ildə Internet Explorer brauzerinin dəstəklənməsini dayandıracaq

Bakı. Trend:

"Microsoft" şirkəti 15 iyun 2022-ci ildən başlayaraq Internet Explorer veb brauzerinin dəstəklənməsini dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Məlumatda qeyd olunub ki, brauzer funksiyalarının Microsoft Edge-ə keçməsi ilə Internet Explorer 11-in dəstəklənməsi 15 iyun 2022-də başa çatacaq.

Bu tədbir "Windows"un bəzi versiyalarına aid olmayacaq, söhbət, xüsusilə, Windows 10 LTSC haqqında gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti