...

Atlantik okeanında "Ana" subtropik fırtınası yaranıb

Dünya xəbərləri Materials 22 May 2021 21:05 (UTC +04:00)
Atlantik okeanında "Ana" subtropik fırtınası yaranıb

Bakı. Trend:

Atlantik okeanında "Ana" subtropik fırtınası yaranıb.

Trend-in məlumatına görə, bu barədə Qasırğaları İzləmə üzrə ABŞ Milli Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakət daxilində külək əsmə sürəti təxminən 20,8 m/s-dir. "Ana" fırtınası Bermuda adalarından təqribən 280 km şimal-şərqdə yerləşir.

Hazırda fırtına təxminən 6 km/saat sürətlə qərbə doğru irəliləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti