...

Rusiya və İran müdafiə sahəsində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 2 İyun 2021 06:35 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Alexander Fomin Moskvada keçirilən görüşdə İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək nazirinin müavini briqada generalı Xocatolla Koreyşi ilə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər: "Regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb".

Məlumata əsasən, tərəflər "dialoqun dərinləşməsinə və müdafiə sahəsində əlaqələrin inkişafına sadiq olduqlarını təsdiqlədilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti