...

Çexiyada 156 nəfər insanları qəsdən koronavirusa yoluxdurmaqda ittiham edilib

Dünya xəbərləri Materials 2 İyun 2021 15:53 (UTC +04:00)
Çexiyada 156 nəfər insanları qəsdən koronavirusa yoluxdurmaqda ittiham edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Çexiyada koronavirus pandemiyası dövründə polis 156 nəfər barəsində qəsdən xəstəliyə yoluxdurma ittihamı irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə ölkə Baş Prokurorluğunun hesabatında deyilir.

Həmin şəxslərin təqsiri sübut olunacağı təqdirdə 12 ilədək həbs cəzası verilə bilər.

Hesabata əsasən, 2020-ci ilin mart-may aylarında, pandemiyanın birinci dalğasında 14 nəfər insanları qəsdən yoluxdurmaqda şübhəli bilinib. 2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinədək isə bu əməldə 142 nəfər ittiham olunub.

Çexiya qanunvericiliyinə əsasən, qəsdən yoluxdurma əməlinə görə 3 il həbs, fövqəladə rejim zamanı 8 il həbs cəzası verilir. Yoluxdurma nəticəsində 2 və daha artıq şəxsin ölməsi təqdirində 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti