...

İngiltərədə pandemiya ilə əlaqədar məhdudiyyətlər 19 iyulda ləğv olunacaq - Boris Conson

Dünya xəbərləri Materials 14 İyun 2021 21:48 (UTC +04:00)
İngiltərədə pandemiya ilə əlaqədar məhdudiyyətlər 19 iyulda ləğv olunacaq - Boris Conson

Bakı. Trend:

İngiltərədə pandemiya ilə bağlı məhdudiyyətlər iyulun 19-da, əvvəlcədən təyin edilmiş tarixdən (21 İyun) bir ay gec ləğv olunacaq.

Trend-in məlumatına görə, bu qərarı Böyük Britaniyanın baş naziri Boris Conson Londonda keçirdiyi mətbuat konfransında açıqlayıb.

Baş nazir bildirib ki, bu tarixə qədər ölkənin bütün yetkin yaşa çatan əhalisinə peyvəndin ilk dozasının vurulması planlaşdırılır.

Məhdudiyyətlərin təxirə salınmasının əsas səbəbi koronavirusun Hindistan variantına (ÜST-nin yeni təsnifatına görə "Delta" ştammı) yeni yoluxma hallarının sayının sürətlə artması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti