...

Rusiyanın şərqində iki zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 25 İyun 2021 04:23 (UTC +04:00)
Rusiyanın şərqində iki zəlzələ qeydə alınıb

Bakı. Trend:

Rusiyanın şərqində yerləşən Saxalin vilayəti sahillərində Sakit Okean akvatoriyasında zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin yerli şöbəsinin saytında məlumat verilib.

Bildirilir ki, Urup adası yaxınlığında baş verən yeraltı təkanların maqnitudası 3,7 bal, ocağı isə 109 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Bunula birgə, Rusiyanın Kamçatka yarımadasında Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin yerli şöbəsi 3,6 bal gücündə zəlzələ qeydə alıb.

Ust-Kamçatka yaşayış məntəqəsindən 29 kilometr məsafədə baş verən yeraltı təkanların ocağı 16 kilometr dərinlikdə yerləşib.

Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin məlumatına əsasən itki və dağıntılar olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti