...

ABŞ-ın Florida ştatında evin çökməsi nəticəsində ölənlərin sayı 22-yə yüksəlib

Dünya xəbərləri Materials 3 İyul 2021 03:26 (UTC +04:00)
ABŞ-ın Florida ştatında evin çökməsi nəticəsində ölənlərin sayı 22-yə yüksəlib

Bakı. Trend:

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

Onun sözlərinə görə, gün ərzində daha 2 nəfərin cəsədi dağıntılar altından çıxarılıb: "Beləliklə, ölənlərin sayı 22-yə yüksəlib".

Qeyd edək ki, iyunun 24-nə keçən gecə Mayami (Florida ştatı) yaxınlığında çoxmərtəbəli yaşayış binasının çökməsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti