Bakı. Trend:
Afrikada koronavirusdan ölənlərin sayı 145 min nəfəri ötüb.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyindən bildiriblər.
Məlumata əsasən, hazırkı dövrədək Afrikada koronavirusa 5 666 152 nəfər yoluxub, onlardan 145 594 nəfəri vəfat edib, 4,9 milyon nəfəri isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma və ölüm halları Cənubi Afrika Respublikasında (CAR) qeydə alınıb - 2 062 896 yoluxma və 61 840 ölüm halı.