...

İsrail polisi ilə toqquşmalarda 146 fələstinli xəsarət alıb

Dünya xəbərləri Materials 24 İyul 2021 00:29 (UTC +04:00)
İsrail polisi ilə toqquşmalarda 146 fələstinli xəsarət alıb

Bakı. Trend:

İordan çayının Qərb sahilində İsrail polisi ilə toqquşmalarda 146 fələstinli xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən bildiriblər.

Məlumata əsasən, onlardan 34 nəfəri rezin güllələrdən, 9 nəfəri odlu silahdan yaralanıb, 87 nəfəri gözyaşardıcı qazdan xəsarət alıb, 7 nəfəri yanıq xəsarətləri alıb, digər 9 nəfəri isə polislər tərəfindən döyülərək xəsarətlər alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti