...

Suriyanın şimalında 6 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 8 Avqust 2021 19:01 (UTC +04:00)
Suriyanın şimalında 6 terrorçu zərərsizləşdirilib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Əməliyyatlar Zaviyan və Şaala rayonlarında, həmçinin Tal-Cican və Tal-Unayb yaşayış məntəqələrində həyata keçirilib.

Öldürülən terrorçulardan birinin avqustun 5-də inşaat texnikasına və təcili yardım maşınına hücumda iştirak etdiyi, nəticədə iki nəfərin öldüyü məlum oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti