...

Ermənistan parlamentində jurnalistlər etiraz aksiyası keçirib

Dünya xəbərləri Materials 24 Avqust 2021 14:05 (UTC +04:00)
Ermənistan parlamentində jurnalistlər etiraz aksiyası keçirib

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın çıxışı zamanı jurnalistlər etiraz aksiyası keçirib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, mətbuat nümayəndələri parlament binasında jurnalistlər üçün tətbiq olunan hərəkət məhdudiyyətinə etirazlarını bildiriblər.

Yeni qərara əsasən, jurnalistlər yalnız parlamentin foyesində, mətbuat lojasında və yaxınlıqdakı parkda fəaliyyət göstərə bilər.

Aksiyada iştirak edən jurnalistlər "Mətbuat azadlığı Nikolun vaxtında olduğu qədər məhdud olmayıb" kimi şüarlar səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti