...

İspaniyada 13 ərazi fəlakət zonası elan edilib

Dünya xəbərləri Materials 24 Avqust 2021 17:25 (UTC +04:00)
İspaniyada 13 ərazi fəlakət zonası elan edilib

Bakı. Orxan Nəbiyev - Trend:

İspaniya hökuməti meşə yanğınları ilə əlaqədar 13 muxtar bölgənin ərazisini fəlakət zonası elan edib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Şurasının iclasında qərar verilib.

İspaniyada bu il meşə yanğınlarının sayı ötənilki göstəricidən iki dəfə çox olub.

Bu ilin əvvəlindən avqustun ortalarınadək ölkədə 15 iri yanğın qeydə alınıb. Yanğınlar nəticəsində ümumilikdə 46 min hektardan çox meşəlik ərazi məhv olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti