...

ABŞ-da məktəbdə atışma olub

Dünya xəbərləri Materials 2 Sentyabr 2021 00:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Uinston-Salem şəhərində (Şimali Karolina ştatı) məktəbdə atışma baş verib, hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıblar.

Trend-in məlumatına görə, bu barədə yerli polisin mətbuat xidməti öz "Twitter" səhifəsində bildirib.

Qeyd olunub ki, bir şagird yaralanıb, digər şagirdlərin həyatı təhlükədə deyil.

Həmçinin, polis əməkdaşları yeni atışma və yaralananlar barədə məlumat almadıqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti