...

İndoneziyada həbsxanada yanğın olub, 40 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Sentyabr 2021 06:36 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyanın Banten əyalətinin Tanqeranq şəhərində həbsxanada yanğın olub.

Trend-in məlumatına görə, bu barədə həbsxananın nümayəndəsinə istinadən "CNN İndonesia" telekanalı xəbər verib.

Məlumata əsasən, yanğın nəticəsində azı 40 nəfər həlak olub.

Bildirilir ki, yanğında xəsarət alanlar da var, onlar xəstəxanaya yerləşdirilib.

Yanğın artıq söndürülüb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti