...

İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi

Dünya xəbərləri Materials 17 Oktyabr 2021 15:14 (UTC +04:00)
İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi

Bakı. Elnur Bağışov – Trend:

İranda ərzaq qiymətlərinin həddindən artıq bahalaşmasına görə, hökumət tərəfindən ciddi addımlar atılmalıdır.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin Əhalinin Ərzaq Təminatının Yaxşılaşdırılması idarəsinin baş direktoru Zəhra Abdullahi ISNA-ya açıqlamasında deyib.

Z.Abdullahinin sözlərinə görə, hazırda İranın 8 vilayəti – Sistan və Bəluçestan, Kohgiluyə və Buyir-Əhməd, Xuzistan, Hörmüzqan, İlam, Kirman, Cənubi Xorasan və Buşehr vilayətlərində təcili işlər görülməlidir.

Abdullahi əlavə edib ki, araşdırmalar göstərir ki, bəzi ərzaq məhsulları, o cümlədən qırmızı ət, toyuq əti, süd məhsulları, hətta meyvələrin qiymətinin bahalaşması ilə bu məhsulların istehlakı təxminən 40% azalıb. Halbuki əhali münasib qiymətlərlə protein ehtiyatları ilə təmin olunmalıdır. Ərzaq məhsullarının qiymətinə ciddi nəzarət tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti