...

Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib

Dünya xəbərləri Materials 18 Oktyabr 2021 02:20 (UTC +04:00)
Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib

Bakı. Trend:

Fransanın hüquq-mühafizə orqanları oğurluq avtomobillərin satışı və tütün məmulatlarının qanunsuz ticarəti ilə məşğul olan transmilli cinayətkar şəbəkəni ifşa ediblər.

Trend-in məlumatına görə, bu barədə Fransa Milli Jandarmının "Twitter" səhifəsində açıqlama yerləşdirilib.

Məlumatda deyilir: "Jandarmlar tütün məmulatlarının və oğurluq avtomobillərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar qruplaşmanın fəaliyyətinin qarşısı alıblar".

Qeyd edilir ki, transmilli cinayətkar qruplaşmanın tərkibində "rusdilli mafiya" ilə bağlantıları olan Ermənistan və Gürcüstan qruplaşmaları iştirak edib.

Bildirilir ki, ümumilikdə xüsusi əməliyyatlar zamanı 37 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti