...

İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib

Dünya xəbərləri Materials 19 Oktyabr 2021 14:42 (UTC +04:00)
İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 167 nəfər koronavirusdan (COVID-19) ölüb, 13 308 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 124 423 nəfərə, yoluxanların sayı isə 5 809 967 nəfərə çatıb. Virus daşıyıcılarından 4 622 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 347 483 nəfər koronavirusdan sağalıb, 34,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 75,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 49,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 26 milyon təşkil edir.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti