...

ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 19 Oktyabr 2021 23:13 (UTC +04:00)
ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı. Trend:

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) göyərtəsində 21 nəfər olan təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən "ABC" teleşirkətinin yerli şöbəsi xəbər verib.

Bildirilir ki, təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər xəsarət alıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti