...

Britaniyada koronavirusa 50 mindən çox yeni yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2021 02:49 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 52 009 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 641 221 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 115 nəfər, hazırkı dövrədək isə 139 146 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti