...

Makronun iqamətgahı üzərində iki naməlum dron görünüb

Dünya xəbərləri Materials 24 Oktyabr 2021 23:28 (UTC +04:00)
Makronun iqamətgahı üzərində iki naməlum dron görünüb

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı - Lantern malikanəsi üzərində səmada iki naməlum PUA görünüb.

Trend-in məlumatına görə, bu barədə "Le Parisien" qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 22:00-dan sonra baş verib.

Pilotsuz uçuş aparatları qonşu Şene şəhəri istiqamətində itib. Jandarmeriya təyyarənin sahibini müəyyən edə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti