...

Pakistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, 4 nəfər ölüb

Dünya xəbərləri Materials 30 Oktyabr 2021 10:58 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Pakistanın cənubundakı Kəraçi şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub. Daha 6 nəfərin yaralandığı deyilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Polis partlayışın bədbəxt hadisə nəticəsində baş verdiyini ehtimal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti