Bakı. Trend:
Hindistanın cənubunda və Şri-Lankada leysan yağışlar azı 41 nəfərin həyatına son qoyub.
Trend xəbər verir ki, rəsmilərin bildirdiyinə görə, yağışlar Şri-Lankada 25 nəfərin həyatına son qoyub, onların əksəriyyəti boğularaq ölüb, sürüşmə nəticəsində isə 5 nəfər yaralanıb.
Hindistanın Tamil Nadu ştatının təbii fəlakətlərin idarə edilməsi naziri KKSSR Ramaçandran mətbuat konfransında bildirib ki, leysanlar nəticəsində 16 nəfər həlak olub.
Hindistanın avtomobil istehsal mərkəzi olan əyalət paytaxtı Chennainin bir çox bölgəsini su basıb. Dövlət orqanları suyu kənarlaşdırmaq üçün nasoslardan istifadə edilr.
Həmçinin bildirilir ki, düzənlik ərazilərdən minlərlə insanın təhlükəsiz yerə köçürülüb. Tamil Naduda bir çox məktəb və kollec bağlanıb.
Sinoptiklər yaxın bir neçə gündə yağışların intensivliyinin azalacağını proqnozlaşdırırlar.