...

"Google"un işində qüsurlar yaranıb

Dünya xəbərləri Materials 12 Noyabr 2021 20:26 (UTC +04:00)
"Google"un işində qüsurlar yaranıb

Bakı. Orxan Nəbiyev - Trend:

"Google" şirkətinin servislərinin işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, şikayətlər əsasən Avropa ölkələrindən, xüsusilə Böyük Britaniya, Almaniya və Niderlanddan daxil olub.

İstifadəçilər əsasən "Google"a məxsus saytların işindən narazılıq edir.

Eyni zamanda, şirkətə məxsus "YouTube" servisinin işində də qüsurların yarandığı bildirilib. Şikayətlər videoların baxılması zamanı yaranan çətinliklərlə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti