...

Rusiyada mədən partlayışı nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 25 Noyabr 2021 12:44 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

Trend-in məlumatına görə, daha 45 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, hadisə zamanı mədəndə 285 nəfər olub.

Xilasetmə qüvvələri onların təxliyəsini həyata keçirir. Son məlumatlara əsasən 239 nəfər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti