...

"Bayraktar" ümumilikdə 400 mininci uçuş saatını başa vurub (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 26 Noyabr 2021 17:08 (UTC +04:00)
"Bayraktar" ümumilikdə 400 mininci uçuş saatını başa vurub (FOTO/VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin "Bayraktar" silahlı pilotsuz uçuş aparatı ümumilikdə 400 mininci uçuş saatını başa vurub.

Trend-in məlumatına görə, bu barədə "Baykar" şirkəti bildirib.

Bu nəticə Türkiyə istehsalı olan hava nəqliyyat vasitələri arasında rekord göstərici olub. Bu ilin fevral ayında "Bayraktar" 300 min saat həddini keçmişdi.

Qeyd edək ki, "Bayraktar" uçuş aparatları 2014-cü ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin istifadəsindədir.

Hazırda Türkiyə, Ukrayna, Qətər və Azərbaycanda 257 "Bayraktar TB2" PUA-sı fəaliyyət göstərir. Gələn il "Bayraktar"ların NATO üzvü olan Polşaya ixracı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti