...

Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

Dünya xəbərləri Materials 1 Dekabr 2021 13:04 (UTC +04:00)
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, liderlərin danışığı zamanı Ukrayna ilə bağlı vəziyyət müzakirə olunacaq.

"Bir müddət əvvəl prezident Ərdoğan Moskva ilə Kiyev arasında vasitəçi olmağa hazır olduğunu bildirmişdi. Kreml bu açıqlama ilə bağlı bildirib ki, Rusiya bu məsələdə münaqişə tərəfi deyil. Liderlərimizin telefon danışıqları planlaşdırılır. Fikrimcə, bu məsələlər danışıq zamanı müzakirə olunacaq", - deyə S.Lavrov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti