...

Ermənistan parlamentində dava: Hakim partiyanın deputatları müxalifətçilərə hücum edib

Dünya xəbərləri Materials 7 Dekabr 2021 17:59 (UTC +04:00)
Ermənistan parlamentində dava: Hakim partiyanın deputatları müxalifətçilərə hücum edib

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan parlamentində bir qrup şəxs arasında dava olub.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu "Ayastan" blokunun deputatı İşxan Saqatelyanın köməkçisi bildirib.

O qeyd edib ki, insident parlamentin vitse-spikeri Ruben Rubenyanın iş otağında qeydə alınıb. Onun sözlərinə görə, hakim "Vətəndaş müqaviləsi" partiyasınını üç deputatı müxalif deputatların köməkçilərinə hücum edib.

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti