...

Ukraynada Türkiyənin "Anka" PUA-ları istehsal olunacaq

Dünya xəbərləri Materials 12 Dekabr 2021 19:38 (UTC +04:00)
Ukraynada Türkiyənin "Anka" PUA-ları istehsal olunacaq

Bakı. Trend:

Kiyev şəhərində tikintisi davam edən Ukrayna-Türkiyə zavodunda yeni nəsil reaktiv pilotsuz uçuş aparatları istehsal ediləcək.

Trend-in məlumatına görə, bunu Üçtərəfli Əlaqə Qrupunda Ukrayna nümayəndə heyətinin nümayəndəsi Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, zavodda həm Ukrayna, həm də Türkiyə PUA-ları, o cümlədən "Anka" pilotsuz uçuş aparatları istehsal ediləcək.

A.Arestoviç qeyd edib ki, plana əsasən zavod ilk məhsullarınıgələn ilin sonunda buraxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti