...

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır - daimi nümayəndə

Dünya xəbərləri Materials 15 Dekabr 2021 07:05 (UTC +04:00)
ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır - daimi nümayəndə

Bakı. Trend:

Vaşinqton Tehranın nüvə razılaşmasının bərpası üzrə Vyanada keçirilən danışıqlara məsuliyyətlə yanaşacağı təqdirdə, Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) üzərinə götürdüyü öhdəliklərə zidd olan sanksiyaları ləğv etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

"Biz BHFP çərçivəsində öhdəliklərimizə uyğun gəlməyən sanksiyaları ləğv etməyə tam hazırıq və bu, İrana razılaşmadan iqtisadi fayda əldə etməyə imkan verəcək", - deyə daim nümayəndə bildirib.

Diplomat əlavə edib ki, İran Vyana danışıqlarına "təcili formada və xoş niyyətlə" yanaşarsa, BHFP-nin müddəalarına əməl etməyə qayıtmaq üçün qarşılıqlı anlaşma tamamilə mümkündür.

"Bununla belə, biz İranın nüvə proqramını sürətləndirməsinə imkan verə bilmərik", - deyə Linda Tomas-Qrinfild əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti