...

Barbadosda "omikron" ştammına ilk yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 31 Dekabr 2021 21:21 (UTC +04:00)
Barbadosda "omikron" ştammına ilk yoluxma qeydə alınıb

Bakı. Trend:

Barbadosda koronavirusun yeni "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb.

Trend-in "Barbados Today" portalına istinadən verdiyi məlumata görə, bunu respublikanın baş həkimi Kenet Corc deyib.

"Biz Karib Sağlamlıq Agentliyinin laboratoriyasından "omikron" ştammının mövcudluğunun təsdiqini almışıq. Bu, indiyədək təsdiqlənmiş yeganə haldır", - deyə K.Corc bildirib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti