...

İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır

Dünya xəbərləri 18 Yanvar 2022 15:07 (UTC +04:00)
İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 3 653 nəfər koronavirusa (COVID-19) yoluxub, 18 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Halbuki, ötən gün İranda 3 163 nəfər koronavirusa yoluxub.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 113 nəfərə, yoluxanların sayı isə 6 227 849 nəfərə çatıb. Virus daşıyıcılarından 1 295 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 068 983 nəfər koronavirusdan sağalıb, 43,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 127 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 13,1 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti