...

Paraqvayın prezidenti koronavirusa yoluxub

Dünya xəbərləri 19 Yanvar 2022 03:13 (UTC +04:00)
Paraqvayın prezidenti koronavirusa yoluxub

Bakı. Trend:

Paraqvay prezidenti Mario Abdo Benites koronavirusa yoluxsa da, xəstəliyi yüngül formada keçirir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi rəsmi "Twitter" səhifəsində bildirib.

Qeyd olunur ki, dövlət başçısı mövcud sanitar protokola uyğun olaraq profilaktik məqsədlər üçün özünü təcrid etməyə davam edəcək.

Boliviyanın birinci xanımı Silvana Lopez Moreira de Abdoda koronavirusa yoluxma testi müsbət çıxdıqdan sonra dövlət başçısı bazar günündən özünü təcrid edib. Qəzetin məlumatına görə, onların hər ikisi koronavirusa qarşı peyvənd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti