...

Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq

Dünya xəbərləri 25 Yanvar 2022 16:06 (UTC +04:00)
Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Tailandda fevralın 1-dən etibarən 5-11 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyası başlayacaq.

Trend-in məlumatına görə, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Qeyd olunur ki, vaksinasiya prosesinin başlanması üçün 3 milyon doza "Pfizer" vaksini Tailanda gətiriləcək. Vaksinin ikinci dozası uşaqlara fevralın sonunda vurulacaq.

Ölkədə ötən ilin oktyabrından etibarən 12-18 yaşlı yeniyetmələrin vaksinasiyası aparılır.

Qeyd edək ki, Tailandda koronavirusa qarşı peyvəndləmə 2021-ci il fevralın sonunda başlayıb. Bu günədək 52 milyondan çox şəxs birinci doza, 48 milyondan çox şəxs hər iki doza peyvəndlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti