...

Türkiyədə ötən sutka koronavirusa 111 mindən artıq yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 5 Fevral 2022 06:43 (UTC +04:00)
Türkiyədə ötən sutka koronavirusa 111 mindən artıq yoluxma qeydə alınıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 248 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 468 152 nəfər test edilib, rekord sayda - 111 157 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 83 536 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti