...

ABŞ-da mağazada atışma olub, ölən və yaralanan var

Dünya xəbərləri Materials 8 Fevral 2022 05:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Riçlend şəhərində (Vaşinqton ştatı) yerləşən supermarketlərdən birində atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsindən bildiriblər.

Məlumata əsasən, atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

"Bir nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanadadır. Riçlendin polis idarəsi atəş açan şəxsi fəal şəkildə axtarır", - deyə polis idarəsindən bildiriblər.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, atəş açan şəxs silahlıdır və təhlükəlidir, vətəndaşlara ərazidən uzaq durmaq tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti