...

Əfqanıstanda məscid yaxınlığında partlayış olub, ölənlər var

Dünya xəbərləri Materials 11 Fevral 2022 15:50 (UTC +04:00)
Əfqanıstanda məscid yaxınlığında partlayış olub, ölənlər var

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanın şimal-qərbindəki Badgis əyalətində məscidin yaxınlığında partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub. Daha 20 nəfərin yaralandığı deyilir.

Qeyd olunur ki, partlayış sakinlər məsciddən çıxan zaman baş verib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən qrup olmayıb.

Ölən və yaralı sayının artacağı istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti