...

2021-ci ildə dünya ticarətinin həcmi rekord həddə artıb

Dünya xəbərləri Materials 17 Fevral 2022 10:27 (UTC +04:00)
2021-ci ildə dünya ticarətinin həcmi rekord həddə artıb

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ildə dünya ticarətinin həcmi rekord həddə yüksələrək 28,5 trilyon dollara çatıb.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir.

Bu göstərici 2020-ci illə müqayisədə 25 faiz artıb. 2019-cu illə müqayisədə isə artım 13 faiz təşkil edib.

Eyni zamanda dünya ticarətinin həcminin bu ilin birinci rübündə qismən azalacağı gözlənilir.

Mütəxəssislər hesab edir ki, ötən il ərzində ticarətin həcmin artmasına xammal qiymətlərinin yüksəlməsi, pandemiya məhdudiyyətlərinin yumşaldılması kimi amillər təsir göstərib.

UNCTAD-ın proqnozlarına görə, 2022-ci ildə qlobal ticarətə ABŞ-da inflyasiya, Çində daşınmaz əmlak sektorundakı vəziyyət və digər amillər təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti