...

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər - Çavuşoğlu

Dünya xəbərləri Materials 25 Fevral 2022 10:22 (UTC +04:00)
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər - Çavuşoğlu

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlaya bilər, amma bu halda Rusiya bu boğazlardan öz donanmasının bazaya qayıtması üçün istifadə etmək hüququna malik olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Ukrayna Rusiya hərbi gəmilərinin keçidi üçün boğazların bağlanması ilə bağlı bizə rəsmi müraciət edib. Montre Konvensiyasının müddəaları çox aydındır. Bugünədək Türkiyə konvensiyanın şərtlərini tərəddüdsüz yerinə yetirib. Türkiyənin tərəf olmadığı müharibədə iştirakçı ölkələr barəsində tədbirlər görülə bilər. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini məhdudlaşdıra bilər. Amma Montre Konvensiyası həm də, müharibə iştirakçısı olan ölkələrin donanmasının bazaya qayıtmasına icazə verir", - deyə nazir bildirib.

M.Çavuşoğlu əlavə edib ki, hazırda türkiyəli mütəxəssislər bu məsələni təhlil edir və rəsmi qərar qəbul edildikdən sonra bu proses başlana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti