Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 9 312 nəfər koronavirusa (COVID-19) yoluxub, 226 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 137 064 nəfərə, yoluxanların sayı isə 7 060 741 nəfərə çatıb. Virus daşıyıcılarından 4 027 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 665 702 nəfər koronavirusdan sağalıb, 47,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 142 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23,3 milyon təşkil edir.