...

İsrail XİN Ukraynaya humanitar yardımın koordinasiyası üçün mərkəz yaradıb

Dünya xəbərləri Materials 7 Mart 2022 02:00 (UTC +04:00)

Bakı. Trend:

İsrail Xarici İşlər Nazirliyi Ukraynaya humanitar yardımın göstərilməsi təşəbbüslərini mərkəzləşdirmək üçün “Matat” İanə və Koordinasiya Mərkəzini yaradıb.

Trend xəbər verir ki, nazirlik bu barədə "Twitter" səhifəsində bildirib.

"Xarici İşlər Nazirliyi bu gün humanitar yardım təşəbbüslərini və İsrail vətəndaş cəmiyyətinin Ukrayna xalqına ianələrini mərkəzləşdirmək və əlaqələndirmək məqsədi ilə “Matat” (İanə və Koordinasiya Mərkəzi) yaradıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, koordinasiya mərkəzi yaratmaq qərarı İsraildəki müxtəlif qurumların çoxsaylı müraciətlərindən sonra qəbul edilib. Hazırda İsraildən Ukraynaya müxtəlif növ humanitar yardımların daşınması ilə məşğul olan onlarla şirkət, təşkilat və fiziki şəxslər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti