...

Rusiya qazının Ukraynadan keçməklə Avropaya nəqli adi rejimdə davam edir

Dünya xəbərləri Materials 9 Mart 2022 11:53 (UTC +04:00)
Rusiya qazının Ukraynadan keçməklə Avropaya nəqli adi rejimdə davam edir

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisindən tranzitlə Avropaya qaz nəqlini adi rejimdə davam etdirir.

Trend-in məlumatına görə, bunu şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gün ərzində Avropa ölkələrindən 109,5 milyon kubmetr qazın nəqli üçün müraciət qəbul edilib. Bu rəqəm ötən günün göstəricisi ilə eynidir.

Eyni zamanda Avropada təbii qaz qiymətləri ötən günlə müqayisədə 14 faizə yaxın ucuzlaşıb. Hazırda Niderlandın TTF habında təbii qazın min kubmetri 2 090 kubmetr ətrafında alınıb-satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti