...

Putin Rusiya-Ukrayna danışıqlarında müsbət addımların müşahidə olunduğunu deyib

Dünya xəbərləri Materials 11 Mart 2022 15:59 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Ukraynanın danışıqlarında müəyyən müsbət addımlar müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

"Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, danışıqlar indi demək olar ki, gündəlik əsasda keçirilir. Bizim tərəfimizdən nümayəndələrin mənə məruzə etdiyi kimi, bu istiqamətdə müəyyən müsbət addımlar var", - deyə V.Putin bildirib.

Rusiyaya qarşı təbiq olunan sanksiyalara toxunan prezident V.Putin əlavə edib ki, bu sanksiyalar yekunda Rusiyanın xeyrinə olacaq.

"Biz daha çox səlahiyyətlər, bacarıqlar əldə edəcəyik. Bu, bizə daha müstəqil olmaq üçün imkan yaradacaq və əvvəllər olduğu kimi, yekunda bizim xeyrimizə olacaq", - V.Putin deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti