Bakı. Trend:
Ötən gün Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində azı 69 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın "NHK" telekanalı xəbər yayıb.
Zəlzələ nəticəsində ciddi dağıntılar barədə xəbər verilimr. Fukusima və Miyaqi prefekturalarında 130 minə yaxın ev işıqsız qalıb. Tokio da daxil olmaqla şərq prefekturalarında elektrik enerjisinin verilişi bərpa edilib.
Xatırladaq ki, ötən gün Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib.