...

"Google" şirkəti məhkəməyə verilib

Dünya xəbərləri Materials 19 Mart 2022 06:44 (UTC +04:00)
"Google" şirkəti məhkəməyə verilib

Bakı. Trend:

ABŞ-da "Google" şirkətinin keçmiş əməkdaşı şirkəti qaradərili işçilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edərək, onu məhkəməyə verib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Kaliforniya ştatının Şimal dairəsi üzrə federal məhkəməyə verilən vəsatət istinadən bildirib.

İddiaya əsasən, "Google" qaradərili işçiləri aşağı ixtisaslı işlərə göndərməklə ağdərili kişilərə üstünlük verir. Bildirilib ki, şirkətin qaradərili əməkdaşları düşmən iş mühiti ilə də üzləşiblər.

Şirkət agentliyin iddialarla bağlı şərh vermək xahişinə cavab verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti