...

"Baker Hughes" Rusiya ərazisində investisiyalarını dayandırır

Dünya xəbərləri Materials 19 Mart 2022 21:53 (UTC +04:00)
"Baker Hughes" Rusiya ərazisində investisiyalarını dayandırır

Bakı. Trend:

Beynəlxalq neft xidmətləri şirkəti “Baker Hughes” Ukraynadakı hadisələr ilə əlaqədar Rusiya Federasiyasındakı fəaliyyətinə yeni investisiyaların qoyulmasını dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə şirkətin sədri və baş icraçı direktoru Lorenso Simonellinin bəyanatında deyilir.

"Biz vəziyyəti izləməyə davam edirik. Şirkət qüvvədə olan beynəlxalq qanunlara və sanksiyalara, habelə cari müqavilə öhdəliklərinə əməl etməyə davam edəcək", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti