...

Bolqarıstan “Qazprom”la müqaviləni yeniləmək niyyətində deyil

Dünya xəbərləri Materials 20 Mart 2022 04:28 (UTC +04:00)
Bolqarıstan “Qazprom”la müqaviləni yeniləmək niyyətində deyil

Bakı. Trend:

Bolqarıstan Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyanın "Qazprom" şirkəti ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmayacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş nazirinin müavini və maliyyə naziri Asen Vasilev Bolqarıstan Milli Radiosuna açıqlamasında deyib.

"İndiki vəziyyətdə bizim “Qazprom”la danışıqlar aparmaq imkanımız yoxdur", - deyə nazir bildirib.

A.Vasilev qeyd edib ki, ölkənin mavi yanacağın tədarükü üçün alternativ variantları var, məsələn, "Trans-Balkan axınının köhnə boruları, təxminən 20 milyard kubmetr buraxılış imkanına malikdir və hər iki istiqamətdə istifadə edilə bilər". Bundan əlavə, Qətərdən tədarüklərin olduğunu deyən maliyyə naziri əlavə edib ki, Bolqarıstanın 3 milyard kubmetrə ehtiyacı var.

Qeyd edək ki, Bolqarıstanın "Qazprom"la müqaviləsi 2022-ci ilin 31 dekabr tarixində başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti