...

Ərdoğan və Bayden arasında görüş baş tutacaq

Dünya xəbərləri Materials 22 Mart 2022 00:35 (UTC +04:00)
Ərdoğan və Bayden arasında görüş baş tutacaq

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-ü Brüsseldə baş tutacaq NATO-nun növbədənkənar sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbər görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, R.T.Ərdoğanın amerikalı həmkarı Co Bayden və bir sıra digər liderlərlə görüşləri olacaq.

"Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti və sammitdə iştirak edəcək digər liderlərlə ikitərəfli görüşləri olacaq. Bir gündə keçirilə biləcək görüşlərin sayı məhduddur, lakin bacardığımız qədər və qrafik imkan verdiyi qədər keçirməyə çalışacağıq", - deyə İ.Kalın bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti