...

Çində qəzaya uğramış təyyarənin qalıqları tapılıb

Dünya xəbərləri Materials 24 Mart 2022 12:06 (UTC +04:00)
Çində qəzaya uğramış təyyarənin qalıqları tapılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çinin cənubunda bir neçə gün əvvəl qəzaya uğramış "Boeing 733" təyyarəsinin qalıqları tapılıb.

Trend-in məlumatına görə, bunu ölkənin axtarış-xilasetmə xidməti bildirib.

Qeyd olunur ki, tapılan hissələr arasında təyyarənin mühərrikinin elementləri və digər vacib qalıqlar yer alır.

Xatırladaq ki, martın 21-də Quansi-Çjuan muxtar rayonunda içərisində 132 nəfərin olduğu təyyarə qəzaya uğramışdı. Hadisə yerində axtarış işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti