...

Aİ liderləri Ukrayna ilə həmrəylik üzrə Etimad Fondu yaratmağa razılaşıblar

Dünya xəbərləri Materials 25 Mart 2022 08:21 (UTC +04:00)
Aİ liderləri Ukrayna ilə həmrəylik üzrə Etimad Fondu yaratmağa razılaşıblar

Bakı. Trend:

Avropa İttifaqının dövlət və hökumət başçıları ölkənin yenidən qurulmasını maliyyələşdirmək üçün Ukrayna ilə həmrəylik üzrə Etimad Fondunun yaradılması barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Aİ ölkələrinin liderlərinin Brüsseldə keçirilən görüşünün yekunları üzrə yayılan bəyanatda deyilir.

"Dağıntılar və böyük itkilər qarşısında Aİ Ukrayna hökumətinə onun təcili ehtiyaclarını ödəmək və demokratik Ukraynanı yenidən qurmaq üçün dəstək verməyə sadiqdir. Bu məqsədlə Avropa İttifaqı Şurası Ukrayna ilə həmrəylik üzrə Etimad Fondu yaratmağa razıdır və beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir, həmçinin gecikmədən hazırlıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

Sammit iştirakçıları həmçinin Kiyevə Liviya və Suriyaya yardım göstərmək üçün keçirilən müntəzəm konfranslar kimi beynəlxalq donor konfransı keçirməyi də vəd ediblər.

Sənəddə qeyd edilir ki, Avropa İttifaqı Ukraynaya siyasi, maliyyə, maddi və humanitar dəstək verməyə davam edəcək.

Avropa İttifaqı ölkələrinin liderləri həmçinin Rusiya və Belarusa qarşı yeni sərt sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Bundan əlavə, Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya qaz və elektrik enerjisinin fasiləsiz tədarükünü təmin etməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti