...

Avropa Rusiyanın enerji resurslarından asılılığına son qoymalıdır - Bayden

Dünya xəbərləri Materials 27 Mart 2022 01:28 (UTC +04:00)
Avropa Rusiyanın enerji resurslarından asılılığına son qoymalıdır - Bayden

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden hesab edir ki, Avropa Rusiya enerjisindən asılılığına son qoymalıdır.

Trend-in məlumatına görə, Polşaya səfəri çərçivəsində Varşavada Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edən Amerika lideri "Avropanın qalan hissəsinə siqnal" göndərmək istədiyini bildirib.

"Azadlıq uğrunda bu yeni döyüş artıq bəzi şeyləri aydın şəkildə göstərdi. Birincisi: Avropa Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymalıdır", - deyə J.Bayden qeyd edib. "Biz, ABŞ olaraq, kömək edəcəyik", - deyə Amerika administrasiyasının rəhbəri söz verib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bütün ölkələr təmiz, bərpa olunan enerji mənbələrinin geniş miqyaslı istifadəsinə mümkün qədər tez keçməli olacaqlar:

"Və bunu həyata keçirmək üçün birlikdə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti